“REAL” TV-nin əməkdaşı Ləman Ələşrəfqızı televiziyadakı işindən ayrılıb.
Bu barədə “Qafqazinfo”ya açıqlama verən tanınmış jurnalist bildirib ki, seçkidə namizəd kimi iştirak etməyə qərar verdiyi vaxt televiziyadakı müqaviləsinə xitam verilib: “Rəhbərlik müqavilənin vaxtını uzatmaqda maraqlı olmadı və mənlə işləməyi arzulamadı.Televiziya rəhbərliyi bizi istəmirsə, biz də orda işləməyi istəmirik”.
Qeyd edək ki, L.Ələşrəfqızı 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən, onunla eyni televiziyada işləyən həmkarı Afət Telmanqızı isə 125 saylı Zəngilan-Qubadlı dairəsindən deputatlığa namizədliyini irəli sürmüşdü.
Azpost.info-nun əldə etdiyi məlumata görə, REAL TV-nin digər əməkdaşı, deputatlığa namizəd olmuş Afət Telmanqızı ilə də iş müqaviləsini uzatmayıb. Məlumata görə, Ləman Ələşrəfqızının, Afət Telmanqızının işdən getməsinə səbəb seçkilərdə iştirak və onun nəticələrinə münasibətlərini ifadə etmələri olub.