Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, səs rejissoru Rasim Mehdizadə vəfat edib.
Azpost.info bildirir ki, bu barədə AKİ məlumat verib.
R.Mehdizadə 51 yaşında dünyasını dəyişib.
Tanınmış səs rejissoru Rasim Mehdizadə böyrək çatışmazlığından vəfat edib.
O, aktrisa Günəş Mehdizadənin həyat yoldaşı idi. “Ultra prodakşn”da çalışan Rasim Mehdizadə Bakı Musiqi Akademiyasının məzunu olub və müxtəlif filmlərin səs rejissoru kimi fəaliyyət göstərib.
Allah rəhmət eləsin.