“Report”un əməkdaşı Vəkillər Kollegiyasına sözçü təyin edilib

Azərbaycan Vəkillər Kollegiyasına yeni sözçü təyin edilib.

Jurnalist İsmayıl Nəsibli Kollegiyanın mətbuat katibi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, İ.Nəsibli uzun müddət media sahəsində çalışıb. Buna qədər o, “Report” İnformasiya Agentliyində redaktor vəzifəsində işləyirdi(report).

Əvvəlki məqalə

AYİB-in birinci vitse-prezidenti Azərbaycana səfər edəcək

Sonrakı məqalə

Nigerdə qiyamçılar hava məkanını sərnişin və yük daşımaları üçün açdı