Restoran və kafelərin dövriyyəsi nə qədər azalıb?

19 Fevral 2021 - 08:35

Dövlət Statistika Komitəsinin hesabatına görə, 2021-ci ilin yanvarında ictimai iaşə dövriyyəsi ötən ilin ilk ayı ilə müqayisədə 3,2 dəfə azalaraq 35,5 milyon manat olub.

Əhaliyə ödənişli xidmətlərdən əldə olunan gəlirin 2020-ci ilin ilk ayına nəzərən 25,1 faiz azalaraq 620,3 milyon manat həddində rəsmiləşdiyi bildirilir: “Hər bir ölkə sakini orta hesabla 62,2 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 20 manat az müxtəlif ödənişli xidmətlərdən istifadə edib”.

Azalmalar koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlərin nəticəsidir.