“Revanşizmə, təxribatçı fikirlərə son qoyun” –Şeyxülislam Şuşadan erməni kilsəsinə çağırış etdi

“Fəxr edirik ki, Şuşa Türk və İslam mərkəzinə çevrilir. Azərbaycan Prezidentinin İlham Əliyev və Türkiyə Prezidenti Tayyib Ərdoğan birlikdə Şuşa bəyannaməsi imzaladılar. Biz dini liderlər birgə bəyanatımızı türk-islam sivilizisayiyasının qədim mərkəzlərindən olan Şuşada qəbul etməklə ortaq tarixi-mədəniyyət birliyimizi göstərdik. Bizim ortaq birliyimizin dünya platformalarında yetkin qurum olmasını təmin edəcək”.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini liderlərinin Şuşa görüşü zamanı bildirib. O qeyd edib ki, bugünki Şuşa görüşü, Zəngilanda aeroportun açılışı ilə eyni gündədir:

“Füzuli hava limanının açılışında olduğu kimi, Zəngilanda da hava limanının açılışı İlham Əliyevin qardaşı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə açır. Bu gün azad Qarabağda dini-mədəni abidələrin yenidən qurulması, məscidlərin nəfis şəkildə bərpa edilməsi möhtərəm prezidentimizin qətiyyətli iradəsi və Azərbaycan birinci vitse-prezidenti Mehriban Əliyevanın əməyinin nəticəsidir. Artıq məscidlərimizdən azan səsləri ucalır. Ata-baba torpaqlarımızı göz bəbəyimiz kimiqoruyacağıq. Torpaqlarımızı, qəbiristanlıqlarımızı dağıdan, məscidlərimizi dağıdan erməni vandalizmi artıq dünya görür. Onların basdırdıqları minalar hələ də mülki insanları öldürməyə davam edir. Həqiqət bundan ibarətdir ki, erməni dini dairələri din adına qızışdırıcı bəyanatlar verirlər. Qisas təbliğatı Azərbaycana qarşı qarayaxma təbliğatı aparır. Erməni kilsəsinin rəhbərliyinin Xankəndiyə səfər edərək revanşist bəyanatlar verməsi təəssüf yaradır. Erməni xalqına vəd etdikləri səadət vermək əvəzinə fəlakət gətirməkdədirlər. Buradan azad Şuşadan Erməni kilsəsinə Eçmiədzinə səslənirəm. Revanşizmə, təxribatçı fikirlərə son qoyun. Ölümə deyil, həyata çağırıram”. (APA)

Əvvəlki məqalə

Türkiyə Prezidentinin təyyarəsi Zəngilan hava limanına enib

Sonrakı məqalə

Azərbaycan və Türkiyə prezidentləri Zəngilan aeroportunun açılışını edib