“RİA Novosti” separatçı Beqlaryanın müsahibəsini saytdan sildi

Rusiyanın RİA Novosti agentliyi Qarabağ separatçısı Artak Beqlaryanla müsahibəni saytından silib.

Həmin müsahibə artıq saytdan yığışdırılıb.

Qeyd edək ki, RİA Novosti agentliyinin bu addımı Azərbaycanda ictimaiyyətin və Xarici İşlər Nazirliyinin narazılığına səbəb olmuşdu.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirmişdi ki, Rusiyanın dövlət məlumat agentliyinin Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxış edən, böhtan xarakterli və separatçı meylləri təşviq edən məlumatları yayması Azərbaycanla Rusiya arasında mövcud olan dostluq münasibətlərinin ruhuna uyğun gəlmir və beləliklə də ciddi təəssüf doğurur.

Əvvəlki məqalə

Ötən il buraxılış imtahanlarından nə qədər şagird sıfır bal alıb? –

Sonrakı məqalə

Prezident Bakıda yeni yarımstansiyanın və Rəqəmsal Mərkəzin açılışında –