Robot-polis silahlı cinayətkarı belə yaxaladı –Maraqlı görüntülər /VİDEO

ABŞ-da robot-polis cinayətkarı zərərsizləşdirib. 

Azpost.info bildirir ki, Texasda kiberpolis təslim olmayan cinayətkarın üzərinə gözyaşardıcı qaz fısqırdıb və onu gizləndiyi hoteldən çıxarıb.

39 yaşlı Feliks Delarosa Texasdakı “Lubbock Days Inn” hotel otağında barrikada quraraq, gələn polislərə cavab atəşi açıb. Hadisə yerinə xüsusi təyinatlıları çağırılıb. Lakin o danışıqlardan imtina edərək atəş açmağa davam edib.

Bundan sonra cinayətkarın olduğu yerə robot-polis göndərilib. Delarosa robokopun üstünə dəsmal atmağa çalışsa da maşın daha ağıllı hərəkət edib: Kiberpolis hiylə işlədib: Pəncərədən otağa gözyaşardıcı qaz səpib. Bundan sonra çölə çıxan cinayətkarı təkərlə əzərək saxlayıb.

Delarosa 2017-ci ildə qadağan olunmuş maddə istehsal etdiyinə görə 20 il həbs cəzasına məhkum edilibmiş. Lakin 2022-ci ilin əvvəlində sərbəst buraxılıb. O, elektron qolbağını qopararaq qaçmağa çalışıb.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.