“Ronaldo əfsanədir, amma Portuqaliyanı məğlub etmək istəyirik” –MBAPPE

Fransa yığmasının 25 yaşlı hucumçusu Kilian Mbappe Portuqaliyaya qarşı keçirəcəkləri oyun haqda danışıb. 

Azpost.info-nun məlumatına görə, “RMC Sport” açıqlamasında Mbapee deyib ki, Ronaldoya qarşı oynamaq onun üçün böyük şərəfdir: “Hamı bilir ki, mən bu oyunçuya heyranam. Biz hələ də ünsiyyət saxlayırıq. Ronaldo futbol əfsanəsi olaraq qalacaq, amma biz Portuqaliyaya qalib gələcəyimizə ümid edirik”.

“Ronaldo unikaldır, ona hörmət edirəm. Amma mən öz yolumla getmək istəyirəm”, – RMC Sport Mbappenin sözlərindən sitat gətirir.

Komandalar Avro-2024-ün 1/4 finalında üz-üzə gələcək.

Portuqaliya – Fransa oyunu iyulun 5-də keçiriləcək.

Əvvəlki məqalə

Rusiya altı ayda neft və qazdan 65 milyard dollar qazanıb

Sonrakı məqalə

Ukrayna Krasnodarda şəhərə PUA zərbələri endirib, 6 nəfər yaralanıb