Ronaldo ilk milyarder futbolçu oldu

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldo ilk milyarder futbolçu olub.

“Bloomberg” xəbər verir ki, 40 yaşlı forvardın hazırkı sərvəti 1,4 milyard avro təşkil edir.

Futbolçu bir müddət öncə Səudiyyə klubu ilə dəyəri 400 milyon avrodan çox olan 2 illik yeni müqavilə imzalayıb. Məhz bundan sonra onun sərvəti 1 milyardı ötüb.

Qeyd edək ki, Kriştianu Ronaldo karyerası ərzində ölkəsinin “Sportinq”, İngiltərənin “Mançester Yunayted”, İspaniyanın “Real Madrid” və İtaliyanın “Yuventus” klublarında çıxış edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.