Ronaldo Səudiyyə Ərəbistanında ev alıb.
Azpost.info bildirir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.
Ronaldonun yeni evi “Əl-Nahil” rayonundakı eksklüziv kompleksdə yerləşir. Bu rayonda yüksək təhlükəsizlik səviyyəsi və infrastrukturlara asan çıxış mövcuddur.
Ronaldonun anası oğlunu və nəvələrini görmək üçün Səudiyyə Krallığına gəlib. Dolores Aveyro futbolçunun yeni mənzilindən foto paylaşıb.
Bundan əvvəl Ronaldo elit hoteldə ayda 300 min avroya kirayə götürdüyü 17 otaqlı nömrədə qalırdı.

