“Roskosmos” rəhbərinin müşaviri dövlətə xəyanət şübhəsi ilə saxlanılıb

Moskvada Rusiya Federal Kosmik Agentliyinin (“Roskosmos”) rəhbərinin informasiya siyasəti üzrə müşaviri İvan Safronov saxlanılıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə TASS güc strukturlarındakı mənbəyə istinadən məlumat yayıb.

İ.Safronov Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Bildirilib ki, o, cinayət işi üzrə şübhəli şəxs qismində tutulub. 

“Roskosmos”dan TASS-a verilən məlumata görə, İ. Safronovun saxlanılmasının onun hazırkı işi ilə əlaqəsi yoxdur. Qeyd olunub ki, İ. Safronovun barəsində Rusiya Cinayət Məcəlləsinin 275-ci (Dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır . 

Qeyd edək ki, “Roskosmos”un baş direktoru Dmitri Roqozindir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ əcnəbi tələbələrə viza verməyəcək –

Sonrakı məqalə

305 nəqliyyat vasitəsinin icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb