Rövnəq Abdullayev Davosda Zelenski ilə görüşüb –

SOCAR Ukraynaya sərmayə qoyacaq
23 Yanvar 2020 - 10:11

Ukrayna prezidenti Vladimir Zelenski Davosda SOCAR şirkətinin prezidenti Rövnəq Abdullayevlə görüşdə Ukraynanın infrastruktur layihələri, müəsisələri, həmçinin qaz nəqli güclərinə sərmayələrin yatırılmasının vacibliyini qeyd edib.

Ukrayna prezidentinin mətbuat xidməti çərşənbə günü məlumat verir ki, Zelenski 2019-cu ilin dekabr ayında Azərbaycana səfərini xatırlayıb. Prezidentin sözlərinə görə, bu səfər səmərəli olub. “Hesab edirəm ki, bu səfər ölkələrimiz arasında münasibətləri yeni səviyyəyə qaldırdı, həm də səmimi keçib”, – o qeyd edib.

Görüşdə dövlət başçısının Azərbaycana səfəri zamanı əldə olunan razılığa əsasən SOCAR şirkəti tərəfindən yeni layhələrin reallaşdırılması müzakirə olunub.