Rövşən Cavadovun oğul nəvəsi ilk dəfə Laçını ziyarət edib-FOTO

1990-cı illərin əvvəllərində Qarabağ müharibəsində döyümüş, OMON komandiri Rövşən Cavadovun nəvəsi ilk dəfə Laçına gəlib.

Azpost.info bildirir ki, bu barədə onun yaxınları bildiriblər.

Rövşən Cavadovun adını daşıyan Laçın onun oğlu Laçının yeganə yadigarıdır.  Sosial şəbəkədə yayılan paylaşımda bildirilib ki, Rövşən Cavadovun nəvəsi ilk dəfə Laçının Hoçaz kəndinə qədəm qoyub. Səfər zamanı onun nənəsi Zemfira xanım, bibisi Jalə xanım və Rövşən Cavadovun bacısı Şəhla xanım da Hoçazda olublar.

Paylaşımda bu anların ailə üçün həm qürurlu, həm də kövrək olduğu qeyd edilib. “Rövşənin uğrunda savaşdığı torpaqların azad olunmasına şükür etdik, şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı dilədik. Dövlətimiz, Ordumuz var olsun dedik”, – paylaşımda bildirilib.

Ailə üzvləri ölkənin və xalqın bir daha ağır günlərlə üzləşməməsini arzulayıblar.

Paylaşımda Hoçazla bağlı xüsusi arzu da ifadə olunub. Ailə və yaxınları kəndin tezliklə abadlaşdırılmasını və yenidən canlanmasını görmək istədiklərini bildiriblər.

Rövşən Cavadov Azərbaycanın yaxın tarixində mürəkkəb və faciəli hadisələrlə yadda qalan şəxslərdən biridir. O, 1990-cı illərin əvvəllərində Qarabağ müharibəsində iştirak edib və OMON-un komandiri olub. 1995-ci ilin martında Bakıda rəhbərlik etdiyi mart qiyamı zamanı Rövşən Cavadov öldürülüb. Həmin hadisələr Azərbaycan tarixində ağır siyasi qarşıdurmalardan biri kimi qalır.

Rövşən Cavadovun oğlu Laçın Cavadov 19 dekabr 2003-cü ildə Moskva şəhərində müəmmalı şəraitdə qətlə yetirilib.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.