Rüfət Səfərov Baş Prokurorluqda dindirilib –Ona xəbərdarlıq olunub

 Avqustun 3-də “Müdafiə Xətti” Təşkilatının təsisçilərindən, keçmiş müstəntiq Rüfət Səfərov Baş Prokurorluğun İstintaq İdarəsində dindirilib.

Azpost.info Azadlıq Radiosuna istinadən bildirir ki, bu barədə o özü məlumat verib. Baş Prokurorlugun İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi Mehdi Mirzəyev onu qəbul edib. R.Səfərov Qarabağ yürüşü ilə bağlı qaldırılan cinayət işinə görə, şahid qsimində dindirilib.

O deyib ki, orduya dəstək aksiyasında iştirak edib.

R.Səfərovun sözlərinə görə, daha sonra “Müdafiə Xətti”nin Azərbaycan Xalq Cəbhəsi Partiyası Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı və üzvlərdən Seymur Əhmədovla bağlı yaydığı məlumatları aydınlaşdırıblar. R.Səfərovun sözlərinə görə, ona rəsmi xəbərdarlıq verilib ki, dəqiq olmayan məlumatları bir də yaymasınlar.

Dünən, avqustun 2-də Baş Prokurorluq ümumilikdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) son günlər həbs edilən üzvləri Fuad Qəhrəmanlı, Asif Yusifli və Seymur Əhmədovun işgəncələrə məruz qalması ilə bağlı iddialara münasibət bildirib. Açıqlamada qeyd edilib ki, cinayət işini süni surətdə siyasiləşdirərək cəmiyyətdə qəsdən yanlış fikir formalaşdırmaq, istintaqın obyektiv gedişatına təsir göstərməklə ictimai rəyi çaşdırmağa xidmət edən həmin məlumatlar həqiqəti əks etdirmədiyindən qəti şəkildə təkzib olunur.

Habelə, avqustun 2-də Ombudsman Aparatı məlumat yayıb ki, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən plandankənar başçəkmə həyata keçirib: “…Başçəkmə çərçivəsində müəssisədə saxlanılan bir neçə təqsirləndirilən şəxs, o cümlədən Fuad Qəhrəmanlı və Seymur Əhmədov konfidensial qaydada qəbul olunub və onların müraciəti dinlənilib. F. Qəhrəmanlı haqqında sosial mediada yayılan məlumatlar öz təsdiqini tapmayıb, eyni zamanda onun vəkilinin müraciəti də yerində araşdırılıb. Qəbul zamanı F. Qəhrəmanlı və S. Əhmədov saxlandıqları müddətdə onlarla rəftardan və saxlanma şəraitindən şikayət etməyib, hal-hazırda sağlamlıq durumlarının da normal olduğunu bildiriblər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiyada miqrantlara iş icazəsi verilməsi proseduru dəyişdirilir

Sonrakı məqalə

Dövlət Miqrasiya Xidmətinin keçmiş rəisi Firudin Nəbiyev vəfat edib –