Rumıniyada Rusiyanın kamikadze dronunun qalıqları aşkar edilib.
Azpost.info xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirir ki, dronlar Ukraynanın İzmail şəhəri ilə üzbəüz Dunay çayının sahilində yerləşən Plauru kəndində tapılıb.
Qalıqların Geranium 1/2 tipli pilotsuz təyyarəyə məxsus olduğu müəyyən edilib. Bu, Rusiyanın Ukraynaya qarşı müharibənin əvvəlində İrandan aldığı və sonra öz istehsalını qurduğu Şahed-131/136 pilotsuz təyyarəsinin analoqudur.
Azpost.info