Rus müştərilər üçün halqa daralır- BƏƏ bankları da hesabları bağlamağa başladı

Türkiyə və Çinin kredit təşkilatlarının ardınca Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) bankları da Rusiya ilə hesablaşmaları məhdudlaşdıraraq şirkətlərin və fiziki şəxslərin hesablarını bağlamağa başlayıblar.

Azpost.info xəbər verir ki, bu barədə ölkədə çalışan üç iş adamı “Vedomosti”yə bildirib.

Onların sözlərinə görə, hazırda BƏƏ bankları Rusiyadan pul qəbul etmir və əks istiqamətdə ödənişləri etmirlər. Eyni zamanda heç bir izahat verilmədən hesablar bağlanır.

“Çətinliklər 2023-cü ilin dekabrında Türkiyə və Çin banklarının Rusiyadan olan müştərilərə qarşı siyasətlərinə kəskin təsir göstərən ikinci dərəcəli sanksiyalar haqqında ABŞ qanununun qəbulundan çox əvvəl başlayıb. Bununla belə, hələ də BƏƏ-nin ikinci dərəcəli bankları Rusiya müştərilərinə əlavə xidmətlər və ya hesab balanslarını artırmaq məsələsində loyal davranırlar”, – mənbə bildirib.

Rusiyadan dirhəmlə ödəmə imkanı da sentyabr ayından məhdudlaşıb. Bundan sonra zəncirə Honq Konq əlavə edilib. Lakin bu ilin fevral ayından Honq-Konq bankı da ödənişləri qəbul etməyi dayandırıb.

“İndi BƏƏ-nin ən böyük banklarında hesab açmaq demək olar ki, mümkün deyil”, – enerji şirkətlərindən birinin sahibi deyir. Onun sözlərinə görə, şəxsi menecerlə təkbətək danışa bilərsən, amma ilk yoxlamadan sonra proses tıxanacaq.

“Hökumət BƏƏ bankları ilə bağlı problemdən xəbərdardır, lakin bunu qeyri-kritik və həll edilə bilən hesab edir”, – hökumətə yaxın mənbə bildirib.

Dekabrın 22-də ABŞ prezidenti Co Bayden Rusiya hərbi-sənaye kompleksi üçün təchizatla bağlı əməliyyatlarda iştirak edən xarici banklara və digər maliyyə institutlarına qarşı tədbirlər haqqında fərman imzalayıb. Bu fərmana əsasən, xarici bankların Rusiyaya hərbi, aerokosmik və digər texnologiyaların tədarükünə yardım etdiyi üzə çıxarsa, onlara qarşı sanksiyalar tətbiq edə bilər. Sanksiyalar arasında ABŞ-da müxbir hesabların açılması və ya istifadəsinin məhdudlaşdırılması, həmçinin ABŞ yurisdiksiyasında mülkiyyətin bloklanması daxildir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.