“Rus qoşunları artıq Xarkovdan 20 kilometr aralıdadır”- Rusiyalı polkovnik

Rusiya ordusu hazırda Xarkovdan təxminən 20 km. aralıda yeni ərazilərə nəzarəti ələ keçirməyə davam edir.

Azpost.info xəbər verir ki, bunu ehtiyatda olan polkovnik-leytenantı Andrey Maroçko bildirib.

Onun sözlərinə görə, Rusiya tərəfinin bu istiqamətdə uğurlarını əhəmiyyətli adlandırmaq olar.

“Əgər söhbət Xarkov istiqamətində vəziyyətin perspektivlərindən və ümumi inkişafından gedirsə, mən dərhal qoşunlarımızın müsbət dinamikasını qeyd etmək istərdim. Üstəlik, Ukrayna təbliğatının nə iddia etməsindən asılı olmayaraq, orada həqiqətən əhəmiyyətli uğurlar var” – Maroçko deyib.

Rusiya Müdafiə Nazirliyi bu məlumatı şərh etməyib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.