Rusiya 400 tankerdən ibarət kölgə donanması yaradıb- Sanksiyalardan yayınmaq üçün

Rusiya Qərbin məhdudiyyətlərindən yayınmaq məqsədilə neft daşımaq üçün 400-dən çox tankerdən ibarət kölgə donanması yaradıb.

Azpost.info xəbər verir ki, bu barədə “Financial Times” yazır.

Qərb ölkələri ayrı-ayrı gəmilərə qarşı sanksiyalar tətbiq etsələr də, neft şirkətləri onları o qədər qoruyurlar ki, metallom üçün nəzərdə tutulan bu tankerlərin Rusiya ilə əlaqəsini sübut etmək çox çətindir. “Financial Times”ın araşdırması “Lukoyl”un kölgə donanmasını 25 köhnə tankerlə doldurduğu sxemi aşkar edib. Onların hər biri digərinə, hətta bir neçə başqa şirkətə məxsus olan ayrıca ofşor şirkət tərəfindən alınıb.

Gəmiləri pakistanlı sahibkara məxsus Dubay gəmiçilik şirkətləri idarə edir. Bu şəxs investorları aldatdığına görə Britaniya məhkəmələri tərəfindən mühakimə olunub. Bütün satınalmalar “Lukoil”in neft ticarəti bölməsi olan “Litasco”nun Yaxın Şərqdəki törəmə şirkəti olan “Litasco Middle East”ə məxsus “Eiger Shipping” DMCC (Dubay) tərəfindən maliyyələşdirilib.

Nəşrin təhlil etdiyi sənədlərə və əməliyyatlarla tanış olan insanların məlumatlarına görə, müəyyən edilmiş 25 tankerə ümumilikdə 700 milyon dollardan çox pul xərclənib. Gəmilər satın alındıqdan sonra demək olar ki, yalnız Rusiya neftinin (bütün tədarüklərin 97 faizi, o cümlədən Lukoil neftinin 82 faizi) nəqli ilə məşğul olub, təxminən 119 milyon barel neft nəql edilib: bir barel üçün 60 dollar.

Sxemdə əsas fiqur britaniyalı mühasib, 74 yaşlı Con Ormeroddur. Uzun müddət gəmiçilik sənayesində çalışıb. 1990-cı ildən onun şirkəti “Ormerod Allen & Co.” sektor iştirakçılarına maliyyə xidmətləri göstərir.

Harvard Universitetinin eksperti Kreyq Kennedi deyir ki, Rusiya neft şirkətləri kölgə donanması üçün alınmış tankerlərlə əlaqələrini gizlətmək üçün qəsdən xarici sahiblərdən və operatorlardan istifadə ediblər.

Kennedinin hesablamalarına görə, ümumilikdə Rusiya şirkətləri 2022-ci ildən bəri köhnə tankerlərin alınmasına 10 milyard dollardan çox pul xərcləyib, əməliyyatları əsasən Rusiya banklarından cəlb edilən vəsaitlərlə maliyyələşdirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.