Rusiya 5 milyard dollar təzminat ödəməlidir- Haaqa Məhkəməsindən QƏRAR

Haaqa Arbitraj Məhkəməsi Rusiya hökumətinin üzərinə “Naftoqaz Ukrainy” şirkətinə 5 milyard dollar təzminat ödəmək öhdəliyi qoyub.

Azpost.info xəbər verir ki, bu məbləğ şirkətə Krımdakı aktivlərinin itirilməsindən dəymiş ziyana görə ödənilməlidir.

“Söhbət 2014-cü ildə Rusiyanın Krımdakı aktivlərimizi zəbt etməsinin nəticələrindən gedir”, – şirkətinin rəhbəri Aleksey Çernışov bildirib.

Onun sözlərinə görə, Moskva məhkəmənin qərarını könüllü icra etməkdən imtina edərsə, arbitraj qərarının tanınması və onun Rusiya aktivlərinin yerləşdiyi dövlətlərin ərazisində icrasına icazə verilməsi prosesinə başlamaq hüququna malikdir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.