“Rusiya Azərbaycan və Ermənistan ictimaiyyət nümayəndələrinin görüşünü dəstəkləyir”

Rusiya Azərbaycan və Ermənistan ictimaiyyət nümayəndələrinin görüşünü dəstəkləyir.

Bunu Rusiya Xarici İşlər Nazirliyi (XİN) nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“İnanırıq ki, Azərbaycan və Ermənistan ictimaiyyət nümayəndələrinin görüşü öz məqsədinə çatıb”, – M. Zaxarova vurğulayıb.

Onun sözlərinə görə, görüşdə həssas humanitar mövzularda, o cümlədən saxlanılanların qaytarılması, Ermənistanın minalanmış ərazilərin xəritələrini təhvil verməsi kimi mövzularda konstruktiv dialoq əhval-ruhiyyəsi hökm sürüb.

“Bu cür birləşdirici gündəmin, hansı ki, predmetli razılaşmaya çıxmağa, digər istiqamətlərdə daha da irəli getmək üçün atmosferi formalaşdırmağa kömək edir, fövqəl dərəcədə aktual olduğuna inanırıq. Ona görə də perspektivdə bu cür təmasların müntəzəm əsasda, habelə Azərbaycan və Ermənistanda keçirilməsinə ümid edirik”, – Zaxarova deyib.

Qeyd edək ki, ötən həftə Moskvada Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın ictimaiyyət nümayəndələrinin görüşü keçirilib. Görüşdə Azərbaycanı Fərhad Bədəlbəyli, Kamal Abdulla, Ayaz Salayev və Gülçöhrə Məmmədova təmsil ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qalib və büllur kimi misilsiz Şuşa –

Sonrakı məqalə

Putin Prezident İlham Əliyevi təbrik edib