Rusiya Azərbaycana təzminat ödəməkdən niyə qaçır? –ŞƏRH

AZAL-ın təyyarəsi
AZAL-ın təyyarəsi
“Əgər müttəfiqlik fəaliyyəti haqqında sazişə imza atmış ölkələrdən biri digər ölkənin mülki təyyarəsini vurduğu halda öz üzərinə məsuliyyət götürmək istəmirsə, bu yanaşma münasibətlərin bütün spektrini zədələyir”.
AzPost bildirir ki, bu sözləri politoloq Zaur İbrahimli Rusiya XİN-in AZALın qəzaya uğramış təyyarəsi ilə bağlı bəyanatını şərh edərkən deyib.
Onun sözlərinə görə, ən vacib məsələ Rusiya tərəfinin öz məsuliyyətini etiraf etməsidir: “Biz görürük ki, Rusiya söz oyunlarından istifadə edərək hüquqi məsuliyyəti üzərindən atır. Mütəxəssislər bildirirlər ki, kompensasiyanın miqdarı hüquqi məsuliyyətin üzərinə götürülməsi ilə sıx bağlıdır”.
Z.İbrahimli deyib ki, qəza ilə bağlı ən mühüm məsələ Rusiyanın siyasi yanaşmasıdır: “Azərbaycanın apardığı diplomatik iş, o cümlədən “AZAL”la bağlı məsələnin artıq beynəlxalq gündəliyə daxil olması, xüsusilə istintaqın yekunlaşma mərhələsində olması Rusiya tərəfini narahat edir, onlar bilirlər ki, Azərbaycan araşdırmadan doğru qərar çıxarılmasına nail olacaq. Beləliklə, bütün dünya Rusiyanın gerçək üzünü görəcək”.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.