“Rusiya Bakı və İrəvan arasında münaqişənin davam etməsi üçün əlindən gələni edir”-Erməni politoloq

“Rusiya Azərbaycanla Ermənistan arasında münaqişənin davam etməsi üçün əlindən gələni edir”. 

Azpost.info bildirir ki, bu sözləri “Aykakan Jamanak” qəzetinə açıqlamasında politoloq Levon Şirinyan 31 oktyabrda Soçidə keçiriləcək Üçtərəfli görüşü şərh edərkən bildirib.

Onun sözlərinə görə, Brüsselin fəallaşması  Rusiyada qısqanclıq doğurub və bir ildən sonra belə bir formatda görüş təşkil edib.

Şirinyan deyib ki, Rusiya Ermənistanı naraht edən suallara heç bir cavab verməyəcək. “Rusiya Ermənistanda vəziyyətin pis olması üçün hər şey edəcək. Rusiya Ermənistanın əleyhinə çalışır”. 

 

 

Əvvəlki məqalə

Mehriban Əliyeva dirijor Rauf Abdullayevi təbrik edib

Sonrakı məqalə

“Sülhməramlıların mandatının uzadılması ilə bağlı sənədi imzalamağa hazıram” –