Rusiya Baltikyanı ölkələrin konsulluqlarını bağladı –Diplomatları ölkədən qovdu

Rusiya Baltikyanı ölkələrin Sankt-Peterburqdakı konsulluqlarını bağlayıb.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. “Aprelin 21-də Latviya və Estoniyanın səfirləri, Litvanın müvəqqəti işlər vəkili nazirliyə çağırılıb. Onlara Rusiyanın Klaypeda, Liepaya, Dauqavpils, Narvadakı baş konsulluqlarının, eləcə də Estoniyadakı səfirliyinin konsulluq şöbəsinin bağlanması ilə bağlı etiraz notası təqdim edilib”.

Diplomatlar hər üç ölkənin Sankt-Peterburqdakı baş konsulluqlarının, eləcə də Latviya konsulluqlarının və Estoniyanın Pskovdakı baş konsulluğunun fəaliyyətinə son verildiyi barədə məlumatlandırılıblar. Konsulluq nümayəndəliklərinin rəhbərləri və digər vəzifəli şəxsləri “persona non qrata” elan edilib. Bu şəxslərin hamısı Rusiyanı tərk etməlidir.

Xarici İşlər Nazirliyi iddia edir ki, Baltikyanı konsulluqların bağlanması barədə qərar qarşılıqlılıq prinsipi əsasında, həmçinin üç respublikanın hakimiyyət orqanlarının Kiyevə hərbi yardım göstərməsi ilə əlaqədar qəbul edilib.

Azpost.info

Əvvəlki məqalə

Avstriya Rusiya neftindən imtina etdi

Sonrakı məqalə

KİVDF ilə bağlı cinayət işində 37 milyon manatlıq əmlaka həbs qoyulub