KİVDF ilə bağlı cinayət işində 37 milyon manatlıq əmlaka həbs qoyulub

KİVDF-nin cinayət işi üzrə təqsirləndirilən şəxslərin ödədiyi ümumilikdə 1,3 milyon manat məbləğdə pul Baş Prokurorluğun depozitinə yerləşdirilib. 

Azpost.info bildirir ki, bu barədə Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında hesabatında açıqlanıb.

Hesabatda bildirilir ki, KİVDF-nin auditi üzrə istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın (əldə edilmiş gəlirin) ayrı-ayrı epizodlara və şəxslərə münasibətdə məbləği müəyyən eidlmiş, xüsusi müsadirənin təmin edilməsi mqəsədi ilə 900 min manat bank əmanatlərinin və 37,4 milyon manat dəyərində əmlakların üzərinə həbs qoyulub, məhkəməyədək  ziyanın ödənilməsi məqsədi ilə təqsirləndirilən şəxslər tərəfindən ümumilikdə 1,3 milyon manat məbləğində pul Baş Prokurorluğun depozitinə yerləşdirilib.

Cinayət işi aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Əvvəlki məqalə

Rusiya Baltikyanı ölkələrin konsulluqlarını bağladı –

Sonrakı məqalə

Prezident İlham Əliyev Şuşaya gəlib