“2023-cü ilin sentyabr və oktyabr aylarında yüksək rütbəli Rusiya rəsmiləri Ermənistan əhalisini açıq şəkildə üsyana və hökuməti devirməyə çağırıblar”.
Azpost.info xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan “France 24” telekanalına müsahibəsində deyib.
“Son altı il ərzində Rusiya televiziya kanalları Ermənistanın seçilmiş hökumətinə və şəxsən mənə qarşı sistemli, ardıcıl və məqsədyönlü antitəbliğat aparırlar. Bundan başqa hansı nəticə çıxarmaq olar?”, – Paşinyan bildirib.
O, həmçinin qeyd edib ki, Ermənistan-Rusiya münasibətləri institusional ənənələr çərçivəsindədir.
Azpost.info