Rusiya böhran yaratsa, Yaponiya Avropaya qaz göndərəcək

“Rusiyanın Ukraynaya mümkün müdaxiləsi səbəbindən mayeləşdirilmiş təbii qazın verilməsində fasilələr yaranarsa, Yaponiya Avropa İttifaqına maye qaz tədarük edəcək”.
Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Yaponiya mətbuatı hökumətdəki mənbələrə istinadən xəbər yayıb.

“Kyodo news”un məlumatına görə, Yaponiya Avropa bazarına qaz verməzdən əvvəl daxili bazarda ölkənin bütün ehtiyaclarını ödəmək üçün kifayət qədər yanacağın olub-olmağını da dəqiqləşdirəcək.
“Hökumət çox güman ki, Yaponiyanın LNG şirkətlərinə əməkdaşlıq tələbi ilə müraciət edəcək. Eyni zamanda Avropaya qaz tədarükünün həcmi və vaxtını müzakirə etməyə davam edəcək”, – nəşr yazır.

Məlumatda qeyd olunur ki, ABŞ prezidenti Co Bayden enerji yardımının genişləndirilməsi xahişi ilə Yaponiyaya müraciət edib.

Xatırladaq ki, dünən Yaponiya Ukraynanı dəstəkləyən qətnamə qəbul edib. Parlamentin aşağı palatası Ukrayna ilə həmrəy olduğunu, onun suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bildirib.
Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir