Rusiya Britaniya səfirliyinin ikinci katibini ölkədən qovdu

Böyük Britaniyanın Rusiyada səfirliyinin ikinci katibi Uiliks Edvard Prior “persona-non-qrata” elan edilib.

Azpost.info bildirir ki, diplomat casusluqda ittiham olunub.

Bununla bağlı Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumata görə, Uilks Edvard Prior bu ilin avqusutnda Böyük Britaniyanın Moskvadakı səfirliyinin siyasi şöbəsinin ikinci katibi postuna təyin olunub.

Federal Təhlükəsizlik Xidmətinin məlumatında deyilir ki, Moskvaya ezam olunmuş diplomat  bu ilin avqustunda Rusiyaya giriş icazəsi aldıqdan sonra öz barədə yalan məlumatlar təqdim edib. Bununla da Rusiya qanunvericiliyini pozub. Eyni zamanda, Rusiya FTX-sı sözügedən diplomatın Rusiyanın təhlükəsizliyini təhdid edən kəşfiyyat və təxribat işləri aparmasının əlamətlərini müəyyən edib.

Bu əsasda Rusiya Xarici İşlər Nazirliyi ilə əməkdaşlıq edərək Uilks Edvard Prayoru akkreditasiyadan məhrum etmək qərarına gəlib. Ona iki həftə ərzində Rusiyanı tərk etməsi barədə göstəriş verib.

 

 

Əvvəlki məqalə

Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbulun vaxtı açıqlanıb

Sonrakı məqalə

Lukaşenko və Pakistan Baş naziri görüşdü