Rusiya Çerniqova raket zərbəsi endrib- 6 nəfər ölüb, 42 yaralı var

Rusiya ordusu Çerniqova hava zərbəsi endrib.

Azpost.info xəbər verir ki, bu barədə vilayət administrasiyasının rəhbəri Vyaçeslav Çaus bildirib.

İlkin məlumatlara görə, hücum zamanı ballistik raketdən istifadə edilib. Şevçenko adına Şəhər Dram Teatrının binası vurulub, ərazidə yanğın başlayıb.

“Hadisə nəticəsində 5 ölü və 42 yaralı var. O cümlədən 11 uşaq yaralanıb”, – daxili işlər naziri İqor Klimenko bildirib.

Daha sonra o, 6 yaşlı qızın qan itkisi nəticəsində dünyasını dəyişdiyini bildirib. Xilasedicilər ona yerindəcə kömək etməyə çalışsalar da, buna nail ola bilməyiblər. Bununla da ölənlərin sayı 6-ya çatıb.

Uşağın anasının da vəziyyəti ağırdır.

Azpost.info

 

Əvvəlki məqalə

BMT missiyası Nigerdə ​​qiyamçılarla görüşüb

Sonrakı məqalə

İranda həbs olunmuş 2 Naxçıvan sakini sərbəst buraxılıb