BMT missiyası Nigerdə ​​qiyamçılarla görüşüb

BMT Baş katibinin xüsusi nümayəndəsi Leonardo Santoş Şimaonun rəhbərlik etdiyi missiya Nigerin paytaxtı Niamey şəhərinə gəlib və orada qiyamçılarla görüş keçirib.

Azpost.info xəbər verir ki, onun sözlərinə görə, nümayəndə heyətinin üzvləri qiyamçılar tərəfindən təyin edilmiş baş nazir, müdafiə naziri və daxili işlər naziri ilə görüşüblər.

Afrika İttifaqı və Qərbi Afrika İqtisadi Birliyinin nümayəndələri BMT nümayəndə heyətinə daxil edilməyib.

Görüş zamanı qiyamçılar özlərinə qarşı tətbiq edilən qeyri-qanuni və qeyri-insani sanksiyaları pisləyiblər. Həmçinin qeyd ediblər ki, Niger prezidenti Mohamed Bazum yaxşıdır, ona baxılır və lazım olan hər şey verilir.

Azpost.info

Əvvəlki məqalə

Ukrayna Novqorodda bombardamançı təyyarələrin olduğu aerodromu vurub

Sonrakı məqalə

Rusiya Çerniqova raket zərbəsi endrib