Rusiyalı tanınmış jurnalist Andrey Karaulov federal axtarışa verilib.
Karaulovun federal axtarışa verilməsi barədə məlumat Rusiya Daxili İşlər Nazirliyinin məlumat bazasında yerləşdirilib.
Rusiya DİN-in bazasında yerləşdirilən məlumatda Karaulovun Cinayət Məcəlləsinin müvafiq maddəsi əsasında axtarışa verildiyi bildirilib.
Qeyd edək ki, noyabrın 3-də jurnalistin Moskva vilayətində yerləşən bağ evində hüquq-mühafizə orqanları tərəfindən axtarış aparılıb. Karaulovun adı “Rostex”in rəhbəri Sergey Çemezova böhtan atılması ilə bağlı açılan cinayət işində hallanır.