Rusiya Danimarkada “Quran”ın yandırılması aksiyasını pisləyib

“Rusiya Danimarkada Quranın yandırılması aksiyasını pisləyir”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

O qeyd edib ki, bu cür hərəkətlər istənilən dinə hörmətsizliyin yersiz təzahürüdür.

“Danimarkada Quranın yandırılmasını və bu kimi ekstremist hərəkətləri qətiyyətlə pisləyirik. Hər hansı dinə hörmətsizlik göstərmək yersizdir”, – Zaxarova qeyd edib.

Azpost.info

Əvvəlki məqalə

“Rusiya Krımda və Moskvada baş verən hücumlara sərt cavab verəcək”

Sonrakı məqalə

Bakıda 21 yaşlı oğlan öldürülüb