Bakıda 21 yaşlı oğlan öldürülüb

İyulun 26-də saat 12 radələrində Səbail rayonu Bibiheybət qəsəbəsində restoranların birində işləyən 2002-ci il təvəllüdlü Ömərov Azər Aslan oğlunun aldığı xəsarətdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, ilkin məlumata görə cinayət hadisəsi onun iş yoldaşı 2002-ci təvəllüdlü Əkbərli Rüfət Əsgər oğlu ilə şəxsi münasibətlər zəminində baş verib.

Rüfət Əkbərli polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.