Rusiya Duması məktəbliləri vətənpərvərlik mahnıları öyrənməyə çağırır

Rusiya məktəblilərindən müasir vətənpərvərlik, o cümlədən Ukrayndakı müharibə ilə bağlı mahnıları öyrənmək tələb oluna bilər.

Azpost.info xəbər verir ki, bu barədə təklif Rusiya Dumasında səsləndirilib.

“Vahid Rusiya”dan olan deputat Sergey Kolunov bu mahnıları musiqi dərslərinə əlavə etməyi Təhsil Nazirliyinin rəhbəri Sergey Kravtsova təklif edib.

Deputat qeyd edib ki, məktəblilərin musiqi dərslərində dəyişikliklər edilməsi və vətənpərvərlik mahnılarının öyrənilməsi ilə bağlı müraciətlər məktəblilərin valideynlərindən və müəllimlərdən gəlir.

Kolunovun sözlərinə görə, bu, məktəblilərə Vətənə məhəbbət və qürur hissi aşılayacaq.

Azpost.info

 

Əvvəlki məqalə

NATO Rusiya ilə müharibə vəziyyətində texnikanın ötürülməsi üçün plan hazırlayıb

Sonrakı məqalə

“Navalnının ölümündə Rusiya hakimiyyəti günahkardır”