Rusiya Dumasının koronavirusa yoluxan deputatlarının sayıAÇIQLANDI

Rusiya Dövlət Dumasının 35 deputatı yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib.

“Bizim xəstələnib sağalan, antikoru olan və bununla yanaşı, xəstəxanalara yerləşdirilməyən deputatlarımız var. Onların sayı 35 nəfərdir. Bu çoxdur, ona görə də gəlin bir-birimizə diqqətlə yanaşaq”, – deyə V. Volodin vurğulayıb.

Dumanın spikeri hazırda xəstəxanalarda koronavirusdan müalicə alan deputatların da olduğunu qeyd edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ramzan Kadırov Çeçenistanda toyların keçirilməsinə icazə verib

Sonrakı məqalə

İranda koronavirusdan ölənlərin sayı 12 mini ötüb