Rusiya Ermənistana verdiyi qazın nəqlini dayandırıb

Rusiyadan Ermənistana təbii qazın nəqli müvəqqəti olaraq dayandırılıb.

“Sputnik Armenia”nın məlumatına görə, bu barədə “Gazprom- Armenia” məlumat yayıb.

Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, nəqlin dayandırılması 1-4 may tarixlərində “Şimali Qafqaz-Zaqafqaziya” magistral qaz kəmərində nəzərdə tutulan təmir işləri ilə əlaqədardır.

Ermənistan istehlakçılarının qaz təchizatı indi daxili ehtiyatlar hesabına həyata keçirilir.

Əvvəlki məqalə

Moldovada müxalifət lideri saxlanılıb

Sonrakı məqalə

“Türkiyə olmadan Qafqazda hansısa proses baş verə bilməz” –