“Rusiya güc dilindən anlayır, müharibəyə hazır olmalıyıq”- Niderland ordusunun baş komandanı

Niderland Rusiya ilə müharibə olacağı təqdirdə silahlı qüvvələrinin sayını artırmalı və başqa tədbirlər görməlidir.

Azpost.info xəbər verir ki, bunu ölkənin ordu komandanı, general-leytenant Martin Vijnen bildirib.

O, Rusiyaya yaxın olduqlarına görə təhlükəni artıq tanıyan və mümkün işğala hazırlığı təbii qəbul edən Finlandiya, İsveç və Baltikyanı ölkələrdən nümunə götürməyə çağırıb.

“Sadəcə 1500 km uzaqda olduğumuz üçün təhlükəsizliyimizə zəmanət verildiyini düşünməməliyik. Rusiyanın başa düşdüyü bircə dil var, o da güclü ordunun dilidir”, – Vaynen vurğulayıb.

Onun sözlərinə görə, Niderland potensial düşmənin qarşısını almaq üçün kifayət qədər vəsaitə malik olmalıdır və buna görə də hər il 2-3 min könüllü orduya cəlb edilməlidir.

Ölkə bu il İsveçdən sonra bu təcrübəni tətbiq edib və 600 nəfər illik xidmətə yazılmaq arzusunu ifadə edib.

Eyni zamanda Vaynen qeyd edib ki, təkcə ordu deyil, mülki əhali də Rusiya ilə müharibəyə hazırlaşmalıdır. Xüsusilə, o, ölkə sakinlərini fövqəladə vəziyyət zamanı sağ qalmaq üçün özlərini ərzaq və içməli su ilə təmin etməyə çağırıb.

Xatırladaq ki, dekabrın 11-də Britaniya ordusunun baş komandanı general Patrik Sanders də Rusiyanın Ukraynada davam edən müharibəsi fonunda oxşar bəyanatla çıxış edib.

Azpost.info

Əvvəlki məqalə

“Sadəcə Niyazi”…

Sonrakı məqalə

Baş Prokurorluq qətlə görə tutulan şəxsə bəraət verilməsi barədə açıqlama yayıb