Rusiya idman vətəndaşlığını dəyişənləri “dalana dirəyir”- Əcnəbi komandaya gedənlərdən nə tələb olunur?

Rusiya idmançıları beynəlxalq yarışlarda iştirak edə bilmək üçün idman vətəndaşlıqlarını dəyişməkdə davam edirlər.

Azpost.info xəbər verir ki, Rusiya idman nazirinin müavini Aleksey Morozov Ukraynada davam edən müharibə fonunda rusların kütləvi şəkildə xarici komandalara keçməsindən danışıb.

“Olimpiya idman növləri üzrə 55 idman vətəndaşlığını dəyişib, qeyri-olimpiya idman növlərini götürsək, bu rəqəm 100-ü keçib”, – nazir müavini deyib.

Morozov əlavə edib ki, bəzi ölkələr Rusiya idmançılarını dəvət etməklə korrekt davranmır: “Biz idman vətəndaşlığının dəyişdirilməsi hallarının sayını minimuma endirmək istəyirik”.

Morozovun sözlərinə görə, idarə idmançılarla səmərəli müqavilələr bağlayaraq bunun üzərində işləyir. İdman Nazirliyi əcnəbi yığmaya qoşulanlardan da onların hazırlanmasına xərclənən vəsaiti geri qaytarmağı tələb edir. O əlavə edib ki, artıq belə presedentlər var.

Rusiya Dumasının Bədən Tərbiyəsi və İdman Komitəsi idmançıları pasportlarını dəyişdirərkən kompensasiya ödəməyə məcbur edən qanun layihəsi hazırlayır.

“Xolod” daha əvvəl yazmışdı ki, Ukrayna ilə müharibə başlayandan sonra azı 204 rusiyalı idman vətəndaşlığını dəyişib, o cümlədən 141 şahmatçı və 11 fiqurlu konkisürən.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.