Rusiya ilə Çin arasında ilk dəmir yolu körpüsünün inşası başa çatıb

Rusiya ilə Çin arasında ilk dəmir yolu körpüsünün inşası başa çatıb Rusiya ilə Çin arasında ilk dəmir yolu körpüsünün tikintisi başa çatıb.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Peskov körpünün tikintisini regionun infrastrukturunun inkişafına töhfə verəcək mühüm hadisə adlandırıb.

O əlavə edib ki, prezident Vladimir Putin gələcəkdə obyektə baş çəkəcək: “Şübhə etmirəm ki, zamanla prezident bu körpünü ziyarət etmək imkanı tapacaq. Lakin hazırda belə bir səfər planlaşdırmayıb”.

Amur çayından keçən körpü Yəhudi Muxtar Vilayətinin Nijneleninskoye kəndində yerləşir. Obyektin Rusiya hissəsinin tikintisi aprelin 27-də başa çatıb. Obyektin bir ay ərzində istifadəyə verilməsi planlaşdırılır. Çin körpünün özünə aid hissəsini 2018-ci ilin oktyabrında tamamlayıb. Tikinti işlərinə 2014-cü ildə başlanılıb.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycanda daha 11 nəfər COVID-19-a yoluxub

Sonrakı məqalə

“Kinder” məhsulları satışdan çıxarılıb –