Yaxın 20 il ərzində Rusiya ilə Şimali Atlantika Alyansına daxil olan ölkələrin qüvvələri arasında genişmiqyaslı hərbi münaqişə baş verəcək.
Azpost.info xəbər verir ki, NATO Hərbi Komitəsinin sədri admiral Rob Bauer jurnalistlərlə görüşdə bildirib.
Onun sözlərinə görə, Alyansın müdafiə departamenti rəhbərlərinin Brüsseldə keçirilən iclasından sonra Qərb ölkələrinin sakinləri əsaslı dəyişikliklərə hazırlaşmalıdır.
“Biz Rusiya ilə münaqişəyə hazırlaşırıq. Ancaq müzakirələr daha genişdir. Bu, həm sənaye bazasıdır, həm də oynamalı olduqları rolu başa düşməli olan insanlardır” – “The Telegraph” Bauerə istinadən yazır.
Admiralın fikrincə, müharibə başlayarsa, çoxlu sayda mülki əhalinin səfərbər edilməsi lazım gələcək. Ona görə də hökumətlər bu prosesi idarə etmək üçün sistemlər yaratmağa tələsməlidirlər. Eyni zamanda Rusiya ilə Ukrayna arasında iki ildir davam edən hərbi münaqişə ilə bağlı silah və sursat ehtiyatlarının tükənməsini nəzərə alaraq, genişmiqyaslı istehsal yaradılmalıdır.
“Biz bütün sahələr üzrə daha çox hazırlıqlı olmalıyıq. Münaqişəni davam etdirə bilmək üçün kifayət qədər tez silah və sursat istehsal edə bilən sənaye bazasına arxalanmalısınız”, – NATO rəsmisi bildirib.
Azpost.info