“Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 3 milyard dolları ötüb”- LAVROV

Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 20 faiz artaraq 3 milyard dolları ötüb.

Azpost.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqların yekununda bildirib.

Lavrovun sözlərinə görə, ilin sonunadək bu rəqəmin 4 milyard dollara yüksələcəyi gözlənilir.

“Rusiya Azərbaycanın aparıcı ticarət tərəfdaşlarından biridir. Bu ilin 10 ayı ərzində ticarət dövriyyəsi nəzərəçarpacaq şəkildə artaraq 3 milyard dolları ötüb və ilin sonunadək biz rekord hədd – 4 milyard dollar gözləyirik”, – XİN rəhbəri  deyib.

Onun sözlərinə görə, QAZ yük avtomobillərinin istehsalı və “Rusiya Helikopterləri” servis mərkəzinin inkişafı kimi mühüm və diqqətəlayiq layihələrin həyata keçirilməsi gündəmdədir.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.