Rusiya ilə İran arasında diplomatik qalmaqal yaranıb- Fars körfəzindəki adalarla bağlı

Tehran Moskvadan Hörmüz boğazında İran və Birləşmiş Ərəb Əmirliklərinin iddia etdiyi adaların mülkiyyətinə dair mövqeyinə yenidən baxmağı tələb edib.

Azpost.info xəbər verir ki, “İran İnternational”ın məlumatına görə, Moskva Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurası ilə strateji dialoqdan sonra BƏƏ-nin Əbu Musa, Böyük Türbə və Kiçik Türbə adaları ilə bağlı danışıqlar aparmaq təşəbbüsünü dəstəkləyib.

İran onları özünün tərkib hissəsi hesab edir və dialoqdan imtina edir.

İran Xarici İşlər Nazirliyi Moskvanın mövqeyinə görə Rusiya səfiri Aleksey Dedovu çağırıb. Xarici işlər naziri Hüseyn Əmir Abdullahian və hökumət sözçüsü Əli Bahaduri ayrı-ayrı tvitlərində narazılıqlarını ifadə edərək İranın milli maraqları və ərazi bütövlüyünü güzəştə getməyəcəyini bildiriblər.

Eyni zamanda Tehranın Rusiyanın hərəkətlərinə rəsmi reaksiyası təmkinli olub. Rəsmilər tvitlərində Rusiyanın adını çəkməməklə güzəştə gediblər.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani “Bu adalar əbədi olaraq İrana məxsusdur və bu cür bəyanatlar İran və onun qonşuları arasındakı dostluq münasibətlərinə ziddir” deyib.

Azpost.info

 

Əvvəlki məqalə

Azərbaycan Prezidentinin Şarl Mişel və Paşinyanla görüşü başlayıb

Sonrakı məqalə

“Sobçak və Simonyana qarşı sui-qəsd cəhdinin qarşısı alınıb”