“Sobçak və Simonyana qarşı sui-qəsd cəhdinin qarşısı alınıb”- Rusiya FTX

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) “Rossiya Seqodnya” və RT-nin baş redaktoru Marqarita Simonyana, həmçinin jurnalist Kseniya Sobçaka qarşı sui-qəsd cəhdlərinin qarşısını alıb.

Azpost.info xəbər verir ki, təhlükəsizlik rəsmilərinin sözlərinə görə, qətlləri Ukrayna Təhlükəsizlik Xidmətinin göstərişi ilə hərəkət edən “Paraqraf-88” neonasist qruplaşmasının üzvləri planlaşdırıb.

FTX əməkdaşları Daxili İşlər Nazirliyi və İstintaq Komitəsi ilə birlikdə Simonyan və Sobçakı iş və yaşayış yerlərində izləyən qrupu saxlayıblar. Saxlanılanların sayı açıqlanmayıb.

Qrup üzvlərindən “Kalaşnikov” avtomatı, patronlar, soyuq silahlar, nasist simvolları, ədəbiyyat, o cümlədən rabitə vasitələri və sui-qəsd hazırlığını təsdiq edən məlumatlar olan kompüterlər müsadirə edilib.

Onlar hər biri 1,5 milyon rubl mükafat üçün hərəkət etdiklərini təsdiqləyiblər.

Azpost.info

Əvvəlki məqalə

Rusiya ilə İran arasında diplomatik qalmaqal yaranıb

Sonrakı məqalə

Dövlət Xidməti tarixi abidəyə müdaxilənin qarşısını alıb