“Rusiya ilə sülh sazişinin razılaşdırılması bir həftədən çox çəkə bilər” –Zelenskinin müşaviri Podolyak

“Rusiya ilə Ukrayna arasında sülh sazişinin razılaşdırılması bir neçə gündən həftə yarıma qədər çəkə bilər”.
Azpost.info bildirir ki, bu sözləri Zelenskinin müşaviri Mixail Podolyak Polşanın “Wirtualna Polska” qəzetinə müsahibəsində deyib.
“Hazırda Rusiya və Ukrayna nümayəndə heyətləri öz mövqelərində qalır. Mübahisə doğuran bəndləri razılaşdırmaq bir neçə gündən  həftə yarıma qədər çəkə bilər. Bu müddət ərzində biz sülh sazişinin hazırlanmasına yaxınlaşmalıyıq”.
Podolyakın sözlərinə görə, Ukrayna tərəfinin sülh sazişində əsas aspekti Rusiya ordusunun dərhal çıxarılmasıdır.
Müşavir bildirib ki, danışıqlarda Polşanın nümayəndələri də iştirak edir.
“Biz sadəcə hansısa bir sazişi imzalamq istəmirik. Biz təhlükəsizliyimizə təminat verən konkret mexanizmin işlənib hazırlanmasını istəyirik”.
Podolyak deyib ki, sülh sazişi yalnız münaqişənin kəskin fazasına son qoyacaq və bizə həlak olanları hüzn saxlamağa və ölkənin bərpasına imkan verəcək. Amma mən inanmıram ki, bu qədər baş verənlərdən sonra müharibə ukraynalılar üçün bununla da bitəcək”.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ərdoğan və Putin Ukraynanı müzakirə edib

Sonrakı məqalə

Arnold Şvartsnegger rus xalqına və Putinə müraciət etdi: