Arnold Şvartsnegger rus xalqına və Putinə müraciət etdi:"Müharibəni dayandırın!" (VİDEO)

“Ürək ağrısı ilə deyirəm ki, minlərlə rus əsgəri həlak olub. Onlar öz vətənləri uğrunda döyüşən ukraynalılarla işğal aparan Rusiya rəhbərliyi arasında qalıblar. Mən bilirəm ki, rus xalqı bunu bilmir”.

Azpost.info xəbər verir ki, bu fikirlər məşhur amerikalı aktyor Arnold Şvartsneggerin Rusiya xalqına videomüraciətindəndir.

Şvartseneggerin sözlərinə görə, hakimiyyət bu müharibənin Rusiya üçün nəticələrini insanara demir: “Mən rus xalqını və Ukraynadakı rus əsgərlərini çağırıram ki, bütün bunların təbliğat və dezinformasiya olduğunu başa düşsünlər. Mən prezident Putinə deyəcəyəm: siz bu müharibəni başlatdınız, siz bu müharibəni aparırsınız, siz bu müharibəni dayandıra bilərsiniz”.

Sonda aktyor müharibə əleyhinə aksiyalara çıxan rusiyalılara müraciət edib: “Dünya sizin cəsarətinizi gördü. Əziz rus dostlarım, Allah sizi qorusun!”.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Rusiya ilə sülh sazişinin razılaşdırılması bir həftədən çox çəkə bilər” –

Sonrakı məqalə

Bakıda Azərbaycan və Avropa İttifaqı arasında təhlükəsizlik dialoqu keçirilib