Rusiya İran PUA-ları ilə Ukraynaya zərbə endirib, 11″Shaheed” vurulub

Rusiya Ukrayna ərazisinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib.

Bu barədə UNİAN məlumat yayıb.

Bildirilir ki, Ukraynanın Xmelnitski vilayətinə hücum nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

Hazırda partlayışlar nəticəsində yaranan yanğınların qarşısını almaq üçün yanğınsöndürmə briqadaları çalışır.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin yaydığı məlumata görə, Rusiya Silahlı Qüvvələri tərəfindən Ukrayna ərazisi bu gecə ərzində pilotsuz uçuş aparatı (PUA) hücumuna məruz qalıb, onların 11-i səmada məhv edilib.

Qeyd olunub ki, söhbət İran istehsalı olan “Shaheed” PUA-larından gedir və hava hücumundan müdafiə (HHM) qüvvələrinin məsuliyyət zonasında olan 14 PUA-dan 11-i zərərsizləşdirib.

Əvvəlki məqalə

Müğənni Nigar Camalın maşınına hücum edən şəxs saxlanılıb

Sonrakı məqalə

“Bizə Rusiyasız dünya lazım deyil” –