“Bizə Rusiyasız dünya lazım deyil” –- MEDVEDEV

“Rusiyanın mövcudluğu sual altına düşərsə, o zaman bəşər sivilizasiyasının özünün mövcudluğu da sual altında qalacaq”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bildirib.

“Burada heç bir qeyri-müəyyənlik olmamalıdır. Bizə Rusiyasız dünya lazım deyil”, – Medvedev deyib.

O, əlavə edib ki, Rusiyanın düşmənləri Ukraynanı silahla yükləyir və bununla da Moskva ilə Kiyev arasında mümkün danışıqlara mane olur: “Düşmənlərimiz məqsədlərinin açıq-aşkar fiaskoya apardığını başa düşmək istəmirlər. Hər kəs məğlub olacaq…”.

Lakin Medvedev onu da bildirib ki, Rusiya belə bir ssenariyə imkan verməyəcək: “Qərb ölkələri dünya əhalisinin cəmi 15 faizini təşkil edir. Bizdə daha çox insan var və biz daha güclüyük. Böyük ölkəmizin sakit gücü və onun tərəfdaşlarının nüfuzu bütövlükdə dünyamıızın gələcəyinin qorunmasının açarıdır”.

Azpost.info

Əvvəlki məqalə

Rusiya İran PUA-ları ilə Ukraynaya zərbə endirib, 11″Shaheed” vurulub

Sonrakı məqalə

“Çin Rusiyaya hərbi dəstək versə, bunun ciddi nəticələri olacaq”