Rusiya istehsalı olan “Haval” avtomobillərinin Azərbaycanda satışı başlayıb –

FOTO
11 Mart 2021 - 19:12

“Haval Motor Manufacturing Rus” MMC Rusiya istehsalı olan avtomobillərin Azərbaycana satışına başlayır.

Bu barədə şirkətdən məlumat verilib.

“Haval-ın Belarus, Azərbaycan və Qazaxıstanda model xətti Haval F7 və F7x, həmçinin Haval H9 yolsuzluq avtomobili ilə təmsil olunacaq. Bütün avtomobillər Tula vilayətində zavodda istehsal olunur”, – məlumatda deyilir.

Qazaxıstanda diler şəbəkəsi 15 şəhəri əhatə edəcək. Haval-ı Azərbaycanda – Bakıda “Azərbaycan Automobiles” QSC təmsil edəcək.