Rusiya Kiyevə raket zərbələri endirib

Ukraynanın paytaxtı Kiyevə səhər saatlarında raket zərbələri endirilib.

Bu barədə şəhər meri Vitali Kliçko öz “Telegram” səhifəsində bildirib.

O, raket zərbələrinin Kiyevin Darnitski rayonuna endirildiyini qeyd edib.

Kliçko Kiyevə geri dönmək istəyən şəhər sakinlərinə hələlik olduqları yerdə qalmağı tövsiyə edib.

“Səhər saatlarında Kiyev atəşə tutulub. Hazırda hadisə yerində xilasedicilər və həkimlər işləyir. Zərərçəkənlər barədə məlumatlar dəqiqləşdirilir. Hər kəsə bir daha müraciət edirəm: Hava hücumu ilə bağlı siqnallara laqeyd yanaşmayın! Əvvəllər gedən və artıq paytaxta qayıtmağa hazırlaşan vətəndaşlardan isə hələlik bundan çəkinməyi və daha təhlükəsiz yerlərdə qalmalarını xahiş edirəm”, – deyə Kliçko qeyd edib.

Əvvəlki məqalə

Lənkəranda 61 yaşlı kişi özünü meşədə asıb

Sonrakı məqalə

Pensiyaların orta aylıq məbləği 394 manata çatıb