“Rusiya Krımı işğal edib, Ukraynanın ərazi bütövlüyünü pozub” –Bayden bəyanat verdi

Vaşinqton Rusiyanı Ukrayna ərazisindəki “aqressiv hərəkətlərə” görə məsuliyyətə cəlb etmək üçün çalışmağa davam edəcək.

Bunu ABŞ Prezidenti Co Bayden cümə günü bəyan edib.

“Biz Rusiyanı Ukraynada zorakılıq və təcavüzə görə məsuliyyətə cəlb etmək üçün işləməyə davam edəcəyik”, – deyə Baydenin Krımın Rusiyaya birləşdirilməsinin yeddi illik ildönümünə həsr olunmuş bəyanatında bildirilir.

O qeyd edib ki, ABŞ “yarımadanın güman edilən ilhaqını heç zaman tanımayacaq”: “Rusiya Krımı işğal edərək beynəlxalq hüququ, qonşusu Ukraynanın suverenliyini və ərazi bütövlüyünü pozub”. (Virtualaz.org)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident İlham Əliyevin mətbuat konfransı –

Sonrakı məqalə

Bu gündən martın 1-dək ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək