Belarusdan Litva ərazisi ilə Rusiyanın Kalininqrad vilayətinə qazın tranziti dayandırılıb.
“APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Rusiyanın “Qazprom” şirkəti hazırda vilayətin təbii qaza olan ehtiyaclarının yeraltı qaz anbarın ehtiyatlarının hesabına ödənildiyini bildirib.
Məlumata görə, tranzitin dayandırılması haqqında Litvanın qazötürmə sisteminin operatoru “Amber Grid” şirkəti tərəfindən elan edilib. Bunun “Qazprom”un istəyi ilə edildiyi bildirilir. Şirkət Litvaya qaz tədarükünün normal qaydada aparıldığını da əlavə edib.
Bununla yanaşı, “Qazprom” tranzitin dayandırılmasının səbəbini açıqlamayıb.